05 Dekabr 2020, Şənbə

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

 

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki. bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanmışdır.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.

https://www.youtube.com/watch?v=ky8aFxaMScE

https://www.youtube.com/watch?v=X_-4csubZmM

https://www.youtube.com/watch?v=Jx3U6wqBiNE

https://www.youtube.com/watch?v=uqzn9VNBzQg

https://www.youtube.com/watch?v=jptLT-Rb8k0

https://www.youtube.com/watch?v=4syuUXhDIkE

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR