05 Dekabr 2020, Şənbə

Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayacaq münasibətlərdir.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

O qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır: "Bizim dostluğumuz əbədiyyətə qədər olacaq".

M.Şentop qeyd edib ki, Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır:

“Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb. Dağlıq Qarabağ tarix boyunca heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün benyəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir.

Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Vaxt gələcək, bunu edən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək”.

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR