21 Oktyabr 2020, Çərşənbə

Oktyabrın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

 Nazir Mövlud Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Ceyhun Bayramov hər zaman Azərbaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR