16 Sentyabr 2021, Cümə axşamı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Ey böyük Məhəmməd Füzuli, Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun növbəti  bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandandan alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə.  Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan  azərbaycanlı qanının  coşğusu ilə döyüş meydanı söz olan şairim...   Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzulu... Yadıma sən düşdün.  Çünki Sən  Füzuli  rayonundan da, füzulilərdən də qocamansan...  Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim.

 Gözün aydın,  Məhəmməd Füzuli

  Gözün aydın,  Məhəmməd Füzuli,  əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə  təşkil olunmuş və Qaryagin adlandırılan rayonun  1959-cu ildə Sənin- böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan  yurd yerimiz düşməndən azad olunur. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazır. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin.  Füzulililər bu gün  sevinc içərisindədirlər.1993-cü ildə  doğma ev-eşiklərindən  erməni köksüzlərinin zoru ilə didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər.

30 ilə yaxındır ki, dünyanın “ədalətə cavabdehləri” danışır, danışır, danışdıqca da söz həqiqət məhvərindən çıxıb başqa məcralara yönəlirdi. Sənin:

   Gər çox istərsən, Füzüli, izzətin az et sözü

                       Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

 Sənin “Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı  hörmətdən salıb”,- nəsihətini dinləmədi bu “ədalət cavabdehləri”. Söz sözlükdən çıxdı, yalanlara qurban getdi, Füzuli. Hansı  ki, sən sözü dünyanın tacı, insanlığın açarı, mənəviyyatın varlığı hesab edirdin:

              Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

                   Edə hər saət səni ol uyqudan bidar söz.

“Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan”,-deyirdin.  Sözü yalan olanlar ölümlərindən sonra da  xatırlanacaq, şair. Lakin tamamilə başqa cür xatırlanacaqlar: bir xalqın əzəli torpaqlarının işğalına göz yumanlar kimi, minlərlə şəhidin qanında boğulanlar kimi, yüzlərlə dinc sakinin, xüsusilə də uşaqların qanlarına əlləri batmış  və sözünü tutmayan, sözünün ağası olmayanlar kimi.

 “Qarabağ” dastanının “Füzuli” boyu

Gözün aydın Füzuli! Xalqın dastan yazır, tarixi “Qarabağ” dastanını yazır. Bu ali bir dastandır, çünki  şəhid qanı ilə, bir də dövlətimizin rəhbərinin kəsərli sözü ilə  yazılır. Qarabağın əsrlərlə yaşı fonunda  30 illik nisgilinin qələbəsini yazır. Ali Baş Komandanın böyük Milli Ordumuza  əmri, xalqına verdiyi inamla yazılır bu dastan. Sənin adını daşıyan Füzuli də bu dastanın bir boyudur. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik boyu uzanan,  mənbəyini Araz hövzəsindən alaraq köksündən axıtdığı   QuruçayKöndələnçayQozluçayÇərəkən çayları ilə gözəlliklər məkanı olan, uğrunda hələ əvvəllər, işğalı zamanı 1000-dən artıq eloğlumuzun şəhid olduğu, 1500-dək sağlamlığını itirmiş insanlar olan Füzulinin növrağına qovuşmasına sayılı günlər qalır. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndi işğaldan azad edilib. 17 oktyabrda isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunub.

 Biz Füzuliyə qayıdırıq

Həyatını Azərbaycan xalqının müstəqilliyinə həsr edən ümummilli liderimizin ardıcılı, qürur mənbəyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.

Bəli, biz Füzuliyə qayıdırıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə   füzulilərin Şah Abbas adlandırdığı  məscidə  qayıdırıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərmağan etməyə qayıdırıq.

 “Vaxt keçəcək bu döyüşlər haqqında

          kitablar yazılacaq, əsərlər yazılacaq”...

Bu fikirləri  xalqa müraciətində ölkəmizin rəhbəri söylədi. Bəli, yazılacaq, cənab Prezident. Necə ki, Sizin rəhbərliyinizlə  ön cəbhədə Milli Ordumuz torpaqlarımızı bir-birinin ardınca azad edir, biz arxa cəbhədə olanların da borcu kitablar, əsərlər yaratmaqdır. Yaradacağıq da. Bu gün azad olunan torpaqlarımız  hər biri bir boy olmaqla,  “Qarabağ” dastanını yaradır. Bir qalır, Sizin dediyiniz kimi döyüş yolu keçənlərlə, hərbçilərlə görüşüb o ağır hərbi əməliyyatları təfsilatı ilə bilmək.   Biz bunu da edəcəyik. Ölkəmizin tarixini yazmaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

 Böyük Məhəmməd Füzulidən Paşinyana nəsihət

         Məhəmməd Füzuli dövründə Məhəmməd adlı  paşaya yazdığı qəsidədə hökmdarın ölkəni ədalətlə bəzəməyə bоrclu оlduğundan, ədalətsizlik nəticəsində ölkədə nə kimi fitnə-fəsad törənəcəyindən danışırdı. Böyük əraziləri işğaldan azad olunmuş Füzuli rayonundan elə böyük Məhəmməd Füzulinin bu günlə səsləşən həmin qəsidəsindən bir parçanı Paşinyan nəsihət şəklində qəbul edərsə, Ermənistanda yaşayan insanları ölümə sürükləməz. Çünki başqasının torpağından çıxmaq istəməyən, bunun üçün də xalqının qocasını, qadınını  müharibəyə cəlb edən, döyüşmək istəməyən əsgərləri zəncirləyən, ölkədən qaçıb canını qurtarmaq istəyən insanları güllələtdirən bu “rəhbərin” ölkəsində hansı fitnə-fəsadların törənəcəyinin canlı şahidi olmasına çox az qalır.

 Vay оl hakimə kim, eyləyə hökmündə xəta,

 Qıla məzlumləri mərhəmətindən məhrum...

Mətanət MƏMMƏDOVA

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Muzey əməkdaşları üçün növbəti seminar-t…

16-09-2021-14-41 -Mədəniyyət

Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilmişdir

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət N...

15 sentyabr “Bilik günü” münasibətilə tə…

15-09-2021-21-03 -Elm və təhsil

15 sentyabr “Bilik günü” münasibətilə tədbir keçirilib

Naxçıvan şəhər Afiyyədin Cəlilov adına 12 saylı tam orta m...

Hərbi rəhbərlərin növbəti təlim toplantı…

15-09-2021-20-46 İCTİMAİ-SİYASİ

Hərbi rəhbərlərin növbəti təlim toplantısı keçirilib

Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən h...

Naxçıvan Dövlət Universitetində Bilik gü…

15-09-2021-20-43 -Elm və təhsil

Naxçıvan Dövlət Universitetində Bilik günü qeyd edilib

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tə...

Hər bir dərddən yaman olan…

15-09-2021-16-24 İCTİMAİ-SİYASİ

              Hər bir dərddən yaman olan ayrılıq

      Həyat vəfasızdır deyirlər. Haçansa payız ruzigarı...

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbay…

15-09-2021-14-31 İCTİMAİ-SİYASİ

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəli...

İnkişaf dinamikası ilə sabaha uğur və qə…

14-09-2021-20-47 İCTİMAİ-SİYASİ

İnkişaf dinamikası ilə sabaha uğur və qətiyyətlə irəliləyən diyarımız

İcmal Ötən ayın ümumi mənzərəsi bu qənaətə gəlməyə əsas v...

Məktəb illəri – ömrün ən şirin, duyğulu…

14-09-2021-20-34 -Elm və təhsil

Məktəb illəri  – ömrün ən şirin, duyğulu,  qayğısız günləri…

Dərs ilinin başlanması ərəfəsində həmişə xəyallarım qeyri-...

Xəmsə Festivalının seçmə mərhələsi keçi…

14-09-2021-20-20 -Sosial

Xəmsə Festivalının seçmə  mərhələsi keçirilib

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının G...

Yeni elektron bazanın təqdimatı keçirili…

14-09-2021-20-11 İCTİMAİ-SİYASİ

Yeni elektron bazanın təqdimatı keçirilib

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhal...

Təhsil cəmiyyətin inkişafının əsas amili…

14-09-2021-19-57 -Elm və təhsil

Təhsil cəmiyyətin inkişafının əsas amilidir

15 sentyabr Bilik Günüdür Azərbaycan Respublikasının Prez...

Naxçıvan Müdafiə Komitəsinin ilk sədri o…

14-09-2021-18-49 İCTİMAİ-SİYASİ

Naxçıvan Müdafiə Komitəsinin ilk sədri olmuş Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkki...

Azad olunan ərazilərdə 3 hərbi prokurorl…

14-09-2021-10-33 İCTİMAİ-SİYASİ

Azad olunan ərazilərdə 3 hərbi prokurorluq yaradılıb

İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradı...

TƏBİB: “Vaksindən sonra yoluxmaqdan qorx…

14-09-2021-10-31 İCTİMAİ-SİYASİ

TƏBİB: “Vaksindən sonra yoluxmaqdan qorxmayın”

Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma sa...

Torpaqlardan icarə hüququ ilə istifadə …

13-09-2021-20-04 -Sosial

Torpaqlardan icarə hüququ ilə  istifadə olunmalıdır

Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyət...

Sevginin, səadətin və sədaqətin 70 ili

13-09-2021-20-03 -Sosial

Sevginin, səadətin və sədaqətin 70 ili

Uzunömürlü ailələrin sirri nədədir? Yəqin bunun bir düstur...

Fransız arxeoloq: “Naxçıvanın hər daşın…

13-09-2021-19-52 İCTİMAİ-SİYASİ

Fransız arxeoloq:  “Naxçıvanın hər daşında, qayasında oğuz-türk tayfalarının izləri var”

– Arxadakı çadır nə üçündür? – Gecələri orada yatıram. – ...

Ötən ay 153 nəfərə əmək pensiyası təyin…

13-09-2021-19-44 -Sosial

Muxtar respublikada sosial-iqtisadi siyasət uğurla həyata ke...

Ermənilərin çin olmayan yuxuları

13-09-2021-19-41 İCTİMAİ-SİYASİ

Ermənilərin çin olmayan yuxuları

yaxud Qars müqaviləsinə məhəl qoymayan etnosun acı sonluğu ...

Keyfiyyətli və rəqabətqabiliyyətli məhsu…

13-09-2021-19-36 İQTİSADİYYAT

Keyfiyyətli və rəqabətqabiliyyətli məhsul  istehsalı təşviq olunur

İstehsal və xidmət sferasının bütün sahələrində müasir key...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR