22 Oktyabr 2020, Cümə axşamı

Vətəni sevmək, onu qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur. Bu gün bütün dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahididir. Əsgərlərimiz sentyabrın 27-dən başlayan döyüşlərdə nümayiş etdirdiyi igidlik sayəsində torpaqlarımızın bir qismi azad edilib. Məhz Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancır, xalqımıza tarixi qələbə sevinci bəxş edir.

Ali Baş Komandanının rəhbərliyi ilə müasir texnika və silah-sursatla silahlanmış Ordumuz düşmənin bütün mövqelərini darmadağın edərək, addım-addım irəliləyir və 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad edir.

Əlbəttə, bu döyüşlərdə qazanılan uğurlar kiçik bir dövrün uğurları kimi dəyərləndirilməməlidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, ordu sahəsində də böyük dəyişikliklərin başlanğıcı qoyuldu. Ölkəmizdə nizami ordu quruculuğu istiqamətində əməli addımlar atıldı.

Silahlı Qüvvələrin döyüş hazırlığı yüksək səviyyəyə çatdırıldı, Ordumuz müasir hərbi texnika ilə təchiz edildi. Bununla yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusu hazırlandı. Ən önəmli addımlardan biri isə Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasıdır. Belə ki, 2003-cü ilin məhz bu günü xalqın etimadını qazanaraq Prezident seçilən Ali Baş Komandan İlham Əliyev də ötən 17 il ərzində milli ordu quruculuğuna, Silahlı Qüvvələrin modernləşməsinə xüsusi diqqətlə yanaşdı, bu gün döyüş meydanında düşməni darmadağın edən, güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusunu formalaşdırdı. Peşəkar Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır ki, bu da birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir.

Bu ötən dövrdə Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri ildən-ilə daha da artırıldı, ölkəmizin hərbi sənayesi yaradıldı...

On səkkiz gündür davam edən döyüşlər də Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpa etmək əzmində və qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Düşənin illərdin qurduğu müdafiə səddini darmadağın edən Ordumuz artıq torpaqlarımızın bir hissəsini işğalçılardan təmizləyib və xalqımızın ədalətli mübarizəsini davam etdirir.

Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar.

Yaşasın Azərbaycan əsgəri!

 

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR