27 Oktyabr 2020, Çərşənbə axşamı

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə hədiyyə edilir. Qeyd olunub ki, bu kimi tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Sonra Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elxan Əlibəyov çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra yun corab və boyunluqlar hərbi hissə və zastavalara təhvil verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

* * *

Muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi ənənəsinin davamı, xalq-ordu birliyinə nümunə olaraq Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin kollektivi tərəfindən Qıvraq qəsəbəsindəki hərbi hissəyə məişət əşyaları, ərzaq və şirniyyat məhsulları, meyvə, 50 tay sement təhvil verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən mərkəzin baş həkimi Xeyrənsə Babayeva əsgərlərlə həmrəylik nümayiş etdirilməsinin, onlara sovqatların aparılmasının xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsi olduğunu bildirib, bunun hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu deyib.
Çıxış edən əsgərlər göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıqlarını bildiriblər.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR