20 Oktyabr 2020, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində cari ilin doqquz ayında görülən elmi və elmi-təşkilati işlərin yekunlarına həsr edilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb.
Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, bəhs olunan dövrdə bölmə əməkdaşlarının, ümumilikdə, 502 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialı və 5 tezis xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 36-sı impakt faktorlu jurnallarda çap olunub. 5 monoqrafiya, 2 kitab, 345 elmi məqalə hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim edilib. Əməkdaşların 359 əsərinə istinadlar qeydə alınıb.
Vurğulanıb ki, cari ilin 9 ayı ərzində bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının 2 nömrəsi, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfransın və “Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə” respublika konfransının materialları nəşr olunub. “Naxçıvan tarixi mənbələrdə” kitabı, “Nağı Nağıyev: taleyi və sənəti” məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar təşkil olunan İşçi Qrupu 1700 kvadrat kilometr sahəni əhatə edən geoparkın layihələndirilən ərazisinin geoloji, geomorfoloji, landşaft tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri, bu ərazidə yerləşən tarix-mədəniyyət, arxeoloji abidələr siyahısı qruplaşdırılıb, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Obyektlər barədə kompüter məlumat bazası yaradılıb.
Diqqətə çatdırılıb ki, həmin dövrdə Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibləri müəyyən edilib, ondan yuyucu vasitə, “Şorsu” müalicəvi palçığının həm krem, həm də quru toz formasında istehsalı, o cümlədən Biləv alüminium süxurunun tədqiqi istiqamətində işlər davam etdirilir.
Bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq gülab istehsalına başlanılıb. Laboratoriyanın imkanlarından istifadə etməklə müxtəlif bitki və çiçəklərdən rəng, toxumundan isə yağ, eyni zamanda həmərsin doşabı, müxtəlif mürəbbə və kompotlar istehsal etmək nəzərdə tutulub.
Bundan əlavə, hesabat dövründə bölmə əməkdaşları 20-dən çox elm və təhsil müəssisələrinin alimləri ilə sıx əməkdaşlıq ediblər.
Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edib, məruzələr ətrafında müzakirələr aparılıb.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR