27 Oktyabr 2020, Çərşənbə axşamı

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin lideri Araik Arutyunyan beynəlxalq hüquq normalarını bir daha pozub.

A.Arutyunyan erməni diasporlarına müraciət edərək Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etməyə çağırıb.

Separatçı lider, həmçinin döyüşlər başladıqdan sonra ilk dəfə Azərbaycan ordusunun cəbhə bölgəsində irəlilədiyini etiraf edib:

"Bəzi istiqamətlərdə düşmən irəliləyə bilib, bəzi yerlərdə üstünlük onlarda olub və bir gün ərzində cəbhəni ərazimizin dərinliklərinə keçirə bilib"

O əlavə edib ki, bunun qarşısının alınması üçün yeganə yol sülhün bərqərar olmasıdır.

Qeyd edək ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan da dünyada yaşayan ermənilərə müraciət edərək onlara Dağlıq Qarabağda döyüşməyə dəvət etmişdi. Bu da, öz növbəsində beynəlxalq hüququn pozulması deməkdir.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR