26 Oktyabr 2020, Bazar ertəsi

Erməni vandalizminə ən çox məruz qalan yaşayış məntəqələrimizdən biri də Füzuli rayonunun Şükürbəyli kəndidir. Azərbaycanın mübariz ordusu qarşısında tab gətirməyən və əldə olunan humanitar atəşkəs rejiminə əməl etməyən erməni hərbçilər hər fürsətdə bu kəndi ağır artileriya və raketlərlə atəşə tutur, əli silahsız dinc əhalini hədəf alır.

Kənd sakinləri düşməndən qorxmur və mərd-mərdanə öz yurdlarında yaşayırlar.

 

Erməni faşistlərinin təxribatı nəticəsində kənddə onlarla ev dağılıb, sosial obyektlər sıradan çıxıb, təsərrüfatlara xeyli ziyan dəyib.

Kənd sakini Xalidə Məmmədova ilə söhbət zamanı bildirib ki, düşmən kəndi hədəf almaqla sakinləri qorxutmaq, təlaş yaratmaq istəyir: “Biz öz kəndimizdəyik. Dinc əhaliyə qarşı təxribatlar törətmək erməni quldurlarının adətidir, çünki erməni bizim ordumuzdan qorxur. Biz güclü ordumuza arxayınıq. Evimiz dağılsa da, elimizi, obamızı tərk etmirik”.

Cəlal Qasımov da bu kəndin sakinidir. O da oz doğma yurdlarından bir yerə getməyəcəklərini deyib. “Biz öz doğma kəndimizdəyik, heç yerə getmək fikrimiz yoxdur. Hər ötən gün məğlubiyyətə uğrayan ermənilər kimdir ki, biz onlardan qorxaq. Allah ordumuzu qorusun və yaxın günlərdə bütün torpaqlarımız işğaldan azad olunsun. Biz inanırıq ki, qələbə günü çox yaxındadır”.

 

  

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR