22 Oktyabr 2020, Cümə axşamı

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutur. Rayonun yaşayış məntəqələrinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində sakinlərə məxsus evlərə, yardımçı binalara və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyir.

Ermənistan hərbçilərinin sentyabrın 27-dən başlayan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə, Ağcabədi rayonunun yaşayış məntəqələrində 11 ev tamamilə dağılıb, 150-ə yaxın evə, 1 uşaq bağçasına, 1 məscidə və 1 kitabxanaya ziyan dəyib.

Erməni vəhşiliyinin izlərini rayonun kəndlərindən birində çəkilmiş fotolarda təqdim edirik.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

Ermənistan tərəfinin xahişi ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilib. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edilib. Tərəflər oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 35 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

 

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR