25 Oktyabr 2020, Bazar

Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - deyə o qeyd edib.

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR