21 Oktyabr 2020, Çərşənbə

 

 

Almaniyanın “Wochenblatt” nəşri daha əvvəl atəşkəs rejimi əldə olunmasına baxmayaraq, gecə saatlarında Gəncə şəhərinin atəşə tutulması barədə yazır (bax: https://www.wochenblatt.de/news-stream/deutschland-welt/artikel/340559/sieben-tote-nach-bombenangriff-auf-wohngebiet-in-aserbaidschan).

Məqalədə Gəncə şəhərinin dinc sakinlərinin həlak olmasından danışılır. Nəşr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış ərazilərinə bazar günü erməni hərbçilərinin endirdiyi zərbələr nəticəsində uşaqların, qadınların həlak olması, 30-dan artıq insanın yaralanması barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsindəki məlumatını yayıb.

Nəşrdə qeyd olunur ki, 1991-ci ildə birtərəfli qaydada özünün “müstəqilliyini” elan edən Dağlıq Qarabağın ərazisi beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR