31 Oktyabr 2020, Şənbə

Gürcüstanın populyar informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsinə və dövlətimizin başçısının rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı fikirlərinə geniş yer ayırıb.

 “Report.ge”, “sputnik-georgia.ru”, “24news.ge”, “interpressnews.ge” və digər informasiya resurslarında sayılan məlumatlarda Azərbaycan Prezidentinin fikirləri rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.

Xəbərlərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

Gürcüstan saytları, həmçinin Ermənistanın törətdiyi cinayətlərə Azərbaycanın layiqli cavab verdiyini də oxucuların diqqətinə çatdırıb.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR