23 Oktyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişi davam edir. Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Milli Dəyərlər Muzeyində olublar.

 Məlumat verilib ki, muxtar respublikamızda milli dəyərlərimizin qorunub yaşadılmasına böyük diqqət göstərilir. 2019-cu il sentyabrın 23-də Naxçıvan şəhərində istifadəyə verilən Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

         Qeyd olunub ki, muzey 1 otaqvə 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 265 eksponat vardır ki, bu eksponatların 257-si ekspozisiyada nümayiş etdirilir. Muzeyin ən böyük ekspozisiyazalında Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himninin mətni, kişi və qadın milli geyimlərimiz, həmçinin milli döyüşçü geyimlərimiz, qədim mətbəx əşyalarımız, xalçalar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar nümayiş etdirilir. Muzeyin digər ekspozisiya zallarında isə qədim musiqi alətlərimiz, milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, turizm potensialının təbliğinə dair bukletlər, milli-mədəni irsimizə aid videomateriallar sərgilənir.

         Muzey ziyarəti zamanı müvafiq guşələrdəki eksponatlar haqqında tamaşaçılara ətraflı məlumat verilib.

 

Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR