23 Oktyabr 2020, Cümə

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir.

Cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən bu gün səhər saatlarında Füzuli rayonunun işğal altında olmayan yaşayış məntəqələrinə yenidən ağır artilleriyadan zərbələr endirib.

Atəşə məruz qalan kəndlərdən biri də Qarabağ kəndidir. Kəndə düşən mərmilər nəticəsində sakinlərdən bir neçə nəfəri xəsarət alıb. Bundan başqa, evlər dağılıb, mal-qara tələf olub, təsərrüfatlara ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələri dinc əhalini məqsədli şəkildə hədəfə alır, qadağan olunmuş mərmilərdən, o cümlədən fosforlu bombalardan istifadə edirlər.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR