21 Oktyabr 2020, Çərşənbə

Özbəkistanın “human.uz” və “interpress” xəbər portallarında cəbhə zonasında son vəziyyətlə əlaqədar materiallar çap olunub.

Yazılarda Ermənistanın Yevlax rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə kaset bombalarından hücum olunub və raket kəmərin 10 metrliyinə düşüb.

Yazıda qədim Gəncə şəhərinə də kasetli raketin atıldığı bildirilir.

“Interpress.uz” portalı Ermənistanın münaqişəyə PKK terrorçularını, həmçinin Suriya və İraqdan olan muzdluları cəlb etdiyini yazır. Bildirilir ki, Azərbaycanın xüsusi xidmət orqanları PKK terrorçularının danışıqlarının səs yazısını əldə edib. Onların danışıqlarında Azərbaycanın güclü ordusu olduğu, Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlardan səmərəli istifadə etdiyi, erməni tərəfdən çox sayda ölənin olduğu bildirilir.

Məqalələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı, Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini azad etməsi barədə məlumatlar da verilir.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR