24 Oktyabr 2020, Şənbə

Sentyabrın 27-dən başlayaraq ölkəmiz özünün yeni və şanlı tarixini yazır: bu, qürurlu bir tarixdir – erməni vandalizmi üzərində qazanılan zəfər və şərəf tarixi.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin məsul katibi, tədqiqatçı-jurnalist Muxtar Məmmədov söyləyib.

Muxtar Məmmədov deyib: “Müstəqil Azərbaycanın zəfər ordusu bu günlərdə 30 ildir ki, işğal altında olan yurd yerlərimizin bir hissəsində üçrəngli bayrağımızı səmalara qaldırıb, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklərimizi geri alıb, düşmənin qiyməti milyonlarla ölçülə bilən zirehli texnikasını, döyüş silahını və sursatını sıradan çıxarıb. Bu prosesin həcmi getdikcə genişlənir, coğrafiyası daha böyük miqyas alır. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” – deyib düşmən üzərinə qartal kimi şığıyan qəhrəman oğullarımız neçə illərdir bizim ürəyimizdə qaysaq bağlayan bir arzumuza yetişdirməkdədir. Onlar Mübariz ruhlu, Polad iradəlidirlər. Onlar İlham qətiyyətindən güc alanlardır. Artıq neçə gündür ki, ordumuz əks-hücum əməliyyatlarını uğurla icra etməkdədir. Bu günlər ərzində geri qaytarılan torpaqlarımız qələbə ətirli xəbərlərin ünvanına çevrilib. O ünvanların sayı getdikcə artmaqdadır və artdıqca düşmən tapdağında olan ərazilərimiz özümüzə qayıdır. İllərin torpaq həsrətinə son qoyulur. O torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Çünki Qarabağ Azərbaycandır!”.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR