27 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Burada hər il yeni binalar tikilir, müasir standartlara cavab verməyən köhnə binalar isə əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin istifadəsinə verilir. Hazırda şəhərin bir neçə ünvanında yaşayış binalarının yenidən qurulması işi davam etdirilir.

“İstiqlal “ küçəsindəki 123, 125 və 129 nömrəli yaşayış binalarında aparılan əsaslı təmiri-bərpa işləri isə artıq başa çatıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov təmir olunan binaların sakinləri ilə görüşüb, yaradılan şəraitlə tanış olub. İcra başçısı bildirib ki, Naxçıvan şəhərinin gözəlliyinə hər gün yeni çalarlar əlavə olunur. Yeni binalar, yaşayış kompleksləri inşa olunur, köhnə binalara yeni həyat verilir. Sözügedən binaların da təməli gücləndirilib, giriş qapıları, pəncərələr, dam örtüyü, istilik xətləri dəyişdirilib, kommunikasiya xətləri yenilənib, lazımi kommunal şərait yaradılıb. Naxçıvan şəhərində görülən bütün bu işlər əhalinin rahatlığı, firavan həyatı üçündür. İcra başçısı muxtar respublikada, o cümlədən Naxçıvan şəhərində insanların rahatlığı üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Zahid Gözəlov çıxış edərək binaların və ətraf ərazilərin təmizliyinin qorunmasında sakinlərin üzərlərinə düşən vəzifələrdən danışıb.
Sakinlərdən Hikmət Muxtarov və Gülər Hüseynova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.

- Türkan HÜSEYNLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR