25 Oktyabr 2020, Bazar


Sentyabr ayının 27-dən başlayaraq

Ölkəmiz özünün yeni tarixini yazır – silah və qanla... Bu, şərəfli bir tarixdir – illərboyu çörəyimizin artığı ilə böyüyən, əsli-kökü bilinməyən erməni vandalizmi üzərində qazanılan zəfər və şərəf tarixi. Müstəqil Azərbaycanın zəfər ordusu bu günlərdə 30 ildir ki, işğal altında olan yurd yerlərimizin bir çoxunda üçrəngli bayrağımızı səmalara qaldırıb, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklərimizi geri alıb, düşmənin milyonlarla ölçülə bilən zirehli texnikasını, döyüş silah və sursatını sıradan çıxarıb. Bu prosesin həcmi getdikcə genişlənir, coğrafiyası daha böyük miqyas alır. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” – deyib düşmən üzərinə qartal kimi şığıyan qəhrəman oğullarımız neçə illərdir ki, bizi ürəyimizdə qaysaq bağlayan bir arzumuza yetişdirməkdədir. Onlar bir həmkarımın dediyi kimi, Mübariz ruhlu, Polad iradəlidirlər. Onlar İlham qətiyyətindən güc alanlardır. Sentyabrın 27-də Azərbaycan xalqına müraciət edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözlərini xatırlayıram: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!”

Ermənilər bunu düşünürlərmi? 

Həqiqət budur ki...

Əsrlərboyu həmişə humanist, insanpərvər xarakterinə, ərazisinin yeraltı və yerüstü sərvətlərinə görə ağır sınaqlara məruz qalsa da, soykökünü olduğu kimi saxlamağa özündə mənəvi qüvvə tapan xalqımızın böyük qəhrəmanlıqlarla dolu tarixini saxtalaşdırmaq meyilləri uzun illərdir ki, bu xalqın düşmənləri, xüsusən yaxın qonşu hesab etdiyimiz, yaşamağa torpaq verdiyimiz çörəyi dizləri üstündə olan ermənilərin öz məkrli siyasətlərini həyata keçirmələri üçün yazılmamış qanuna çevrilib. Bəs etmirmiş kimi, yazdıqlarına, saxtalaşdırdıqlarına başqalarını da inandıra biliblər. İnandırdıqları da onlara havadar olub. Bu mənada, soykökü heç kimə məlum olmayan, daha dəqiq desək – heç təmiz soykökü olmayan ermənilərin iç üzünü açmaq, onların məkrli və mənfur siyasətlərinin nə üzərində qurulduğunu ifşa etmək, həqiqəti olduğu kimi üzə çıxarmaq yolunda tarixçi alimlərimizin apardıqları tədqiqatlar, işıqlanan həqiqətlər dünya arenasında yayılsa da, ermənilər və onların havadarları yenə də haqqı qoyub, nahaqdan əl çəkmirlər ki, çəkmirlər.

Tarixə qısa nəzər

Bəs həqiqətlərin təhrif olunması taleyimizə nələr yazıb? Bu suala cavab tapmaq o qədər də çətin deyil – illərdir ki, tarixi mənbələr və elmi dəlillər onların kimliyi haqqında dəqiq təsəvvür yaradır. Dünyanın hər tərəfinə səpələnmiş bu köçəri elat tayfasının milli-genetik kökləri barədəki qənaətlər belə deməyə əsas verir ki, özünü dünyaya “zavallı xalq” kimi təqdim edən bu riyakar millət elə tarixən də, bu gün də “heç vaxt düz aşıq oynamayan”, mayası saxtalıqla, bicliklə yoğurulmuş bir millətdir. Necə deyərlər, ot kökü üstə bitər. Burada düşünməli olursan: Bəs o otun kökü yoxdursa, onda necə?
Ermənilərin “tarixi-coğrafi vətəni” barədə üzə çıxarılmış çoxsaylı faktlar oxucuya ermənilərin illərdir ki, iddia etdikləri “böyük Ermənistan” barədəki səfsəfələrinin heç hansı bir həqiqətə sığışmadığını bütün aydınlığı ilə göstərir. Uzun müddət yaşamış hansı “böyük Ermənistan”dan söhbət gedə bilər ki, I yüzillikdə Romanın Ermənistan üzərində qələbələrinin şərəfinə Roma pullarının üstündə “böyük Ermənistan” rüsvayçılıqla Roma imperatorunun dizi altında oturmuş qadın obrazında, itaətkar öküz, imdad diləyən erməni döyüşçüsü kimi təsvir olunub? O necə “böyük Ermənistan”dır ki, I əsrin 30-50-ci illərində “böyük Ermənistan”ı İberiya şahzadələri idarə ediblər?
Həyatda dəfələrlə sınaqdan çıxmış bir həqiqət var: İnsanlar nədən qorxurlarsa, o təhlükəyə əvvəlcədən hazırlıq görürlər. Elə buna görə də bu mənfur “zavallıların” özlərinə havadar axtarmaq cəhdləri, həmin havadarlar qarşısında müxtəlif donlara girmələri illərin reallığıdır. Əsasən, Avropaya üz tutan ermənilər öz inadlarından əl çəkməyərək müəyyən mənada istədiklərinə nail ola biliblər. Tərtib etdikləri xüsusi proqram bu yolda onların köməyinə yetib. Nə olursa-olsun, ancaq istədiklərinə çatmaq arzuları ilə hər bir rəzalətə qol qoyublar ki, bu da ermənilərin xarakterinə məxsus keyfiyyətlərdəndir. Məsələ də elə ondadır ki, özlərinə layiqli havadarlar tapdıqdan sonra onların ərazi iddiaları başlayır. Bu iddialar içərisində qədim tarixə malik Azərbaycan torpaqları öndə durur.
Ermənilərin öz havadarları ilə birlikdə bu günümüzə qədər və elə bu gün də yeritdikləri mənfur siyasət tarixi həqiqətlər fonunda çox dəqiq görünür. 1920-ci ildən 1988-ci ilə qədər azərbaycanlılara qarşı ən böyük tarixi ədalətsizlik olan deportasiyalarında, bu deportasiyalar nəticəsində boşaldılmış Qərbi Azərbaycan torpaqlarında ermənilərin at oynatması, tarixi adlarımızın erməniləşdirilməsində, 1930-40-cı illərdə repressiyaların kosmik səviyyəyə qalxmasında bu mənfur daşnak tör-töküntülərinin məqsədyönlü fəaliyyəti bu gün hər birimizə aydındır.
Ermənilərin dövlət səviyyəsində Azərbaycana 80-ci illərdən başlayaraq davam edən təcavüzü keçmiş imperiyanın başında durmuş ermənipərəst başçıların birtərəfli və ya düşünülmüş siyasəti idi və bu gün də puça çıxmaqdadır.

Bu günün həqiqəti və ya
Qarabağ Azərbaycandır!

Artıq neçə gündür ki, ordumuz əks-hücum əməliyyatlarını uğurla icra etməkdədir. Bu günlər ərzində geri qaytarılan torpaqlarımız qələbə ətirli xəbərlərin ünvanına çevrilib. O ünvanların sayı getdikcə artmaqdadır və artdıqca düşmən tapdağında olan ərazilərimiz özümüzə qayıdır. İllərin torpaq həsrətinə son qoyulur. O torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Çünki Qarabağ Azərbaycandır!

- Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR