27 Oktyabr 2020, Çərşənbə axşamı

     Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından təsdiq olunmuş Dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını sentyabr ayında da diqqətdə saxlamışdır.

Aparılan monitorinqlərin nəticəsi kimi qeyd etmək olar ki, muxtar respublika teleradiolarının əməkdaşları sentyabr ayında da baş verən yeniliklərə operativ münasibət göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən materiallar hazırlanmışdır. Həmin materialların təhlili monitorinq nəticələrində qeyd olunmuşdur.
Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Konsert proqramlarının həcmi 26 saat olmuşdur. Sentyabr ayında 98 veriliş efirə təqdim edilmişdir.

Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə əlaqədar olaraq Naxçıvan televiziyası da proqramda dəyişikliklər etmişdir. Belə ki, vətənpərvərlik mövzularına üstünlük verilmiş, tariximizdən bəhs edən filmlər nümayiş olunmuş, şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.
Naxçıvan televiziyası hər saatın tamamında “Xəbərlər” informasiya proqramının xüsusi buraxılışları vasitəsilə cəbhədə baş verən hadisələri operativ şəkildə tamaşaçıların diqqətinə çatdırmışdır. Həmçinin altyazı vasitəsilə ordumuzun keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlar müntəzəm olaraq efirə yayımlanmışdır.
Ötən ay Naxçıvan Dövlət Radiosu 561 saat efirdə olmuşdur. Ümumi efirin 58 faizini radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar (158 veriliş və canlı proqram), 42 faizini isə konsert proqramları (203 konsert proqramı) və digər hazır materiallar təşkil etmişdir. Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə əlaqədar olaraq Naxçıvan Dövlət Radiosu da proqramda dəyişikliklər etmişdir. Belə ki, 27-30 sentyabr tarixlərində mütəmadi olaraq xüsusi xəbər buraxılışları təqdim edilmiş, həmçinin hərbi-vətənpərvərlik ruhunu yüksəldən musiqilərin, poemaların təqdimatına üstünlük verilmişdir.
Şura “Kanal 35” televiziyasının sentyabr ayındakı fəaliyyətini yaxından izləmiş, televiziyanın, əsasən, proqram siyasəti diqqətdə saxlanılmış, bu qəbildən olan verilişlər ümumi efirin 5,2 faizini təşkil etmişdir. “Öncə Vətən” verilişinin 4 sayı izləyicilərə təqdim olunmuşdur.
Dublyaj redaksiyası tərəfindən 4 sənədli film dublyaj edilərək efirə yayımlanmışdır.
İşğaldan azad olunmuş yaşayış məntəqələrimizə həsr edilən videoçarxlar hazırlanaraq nümayiş olunmuş, döyüş əməliyyatları barədə keçirilən brifinq və məlumatlar birbaşa televiziya efiri vasitəsilə ­tamaşaçılara çatdırılmışdır.
Bəhs olunan dövrdə şura “Naxçıvanın səsi” radiosunun efirini müntəzəm olaraq izləmiş və monitorinqini aparmışdır. Bəhs edilən dövrdə radio 240 saat efirdə olmuşdur. Efir müddətində 82 saat canlı yayım proqramları və verilişləri hazırlanaraq dinləyicilərə təqdim edilmişdir.
“Cəbhədən xəbər var” informasiya proqramı cəbhə bölgəsindən verilən rəsmi məlumatları operativ olaraq dinləyicilərin diqqətinə çatdırmışlar.
Sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlili aparılmış, ötən ay şura sosial şəbəkələrdə Naxçıvanla bağlı 250-dək foto və video, həmçinin xəbər paylaşmışdır.
Şura tərəfindən həmin dövrdə sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanları üçün 150 xəbər, 1 reportaj və 1 müsahibə hazırlanmış, mətbuat orqanlarında 2 məqalə dərc etdirilmişdir.
Televiziya və Radio Şurası ötən ay ərzində icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin teleradiolarda fəaliyyətinə dair 8 aylıq hesabat hazırlamışdır.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR