29 Oktyabr 2020, Cümə axşamı

Kanadanın Kalqari şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən “Municipal Plaza”dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə də yürüş etməklə qayıdıblar.

Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, “Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!” şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi musiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.

Aksiya şəhər bələdiyyəsinin icazəsi ilə keçirilib.

ALACS-dan bildirilib ki, bütün torpaqlarımız erməni işğalından azad olunana qədər bu cür yürüşlər hər bazar günü daha kütləvi şəkildə və medianın iştirakı ilə keçirmək niyyətindədirlər.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR