20 Oktyabr 2020, Çərşənbə axşamı

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.

TASS-a istinadən xəbər veririk ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.

Bununla yanaşı oktyabr ayının 23-dən 30-dək KTMT tərəfindən Ermənistanda keçirilməsi nəzərdə tutulmuş "Axtarış 2020" və "Qarşlıqlı fəaliyyət 2020" adlı komanda-qərargah təlimlərinin də təxirə salındığı diqqətə çatdırılıb.

Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR