24 Oktyabr 2020, Şənbə

 

Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin nüfuzlu “Almasryalyoum” nəşrində dərc edilmiş bəyanatında bəzi KİV-lərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mübahisəli ərazi kimi təqdim edilməsinə münasibət bildirilib.

Diaspor sədri Dağlıq Qarabağın mübahisəli ərazi deyil, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb.

Diaspor sədri vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. O vurğulayıb ki, işğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR