27 Oktyabr 2020, Çərşənbə axşamı

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü – FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR