25 Oktyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti KTMT-nin Ermənistan Respublikası Təhlükəsizlik Şurasına Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Resublikası ilə bağlı göndərdiyi hesabatları əldə etmişdir. Eyni zamanda Ermənistanın yüksək vəzifə tutan məmurlarının yazışmaları, xüsusilə də düşmən ölkənin Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşokyanın yüngül həyat tərzi keçirən qadınlarla yazışmalarını aşkarlamışdır. 

Həmin yazışmaları və sənədləri təqdim edirik.


 

KTMT-nin Ermənistan Respublikası Təhlükəsizlik Şurasına Azərbaycan Respublikası  və

Naxçıvan Muxtar Resublikası ilə bağlı göndərdiyi hesabat 

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Katiblik

 

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi

A.V.Qriqoryana

 

(sənəd 01.09.2020-ci il tarixdə imzalanıb)

 

Hörmətli Armen Valerieviç

 

KTMT-nin 2020-ci il üçün güc və vəsaitlərin idarə və təşkili üzrə ümimi hazırlıqlar planına müvafiq olaraq 15.09.2020-16.09.2020-ci il müddəti ərzində KTMT texniki imkanlardan istifadədən ötrü KTMT-nin aidiyyatı qrupları üzrə hərbi təlimlər üzrə videokonfrans təşkil ediləcək. Mövzunun adı: Qafqaz regionunda kollektiv təhlükəsizlik sisteminin qüvvələrinin və vasitələrinin formlalaşması və bölünməsi ilə bağlı KTMT qurumları tərəfindən təkliflərin hazırlanması və qarar layihəylərinin hazırlanması.

 

İlk hərbi-təlimlərin videokonfransının başlama vaxtı - 15.09.2020-ci il tarixdə 15:00-da (Moskva saatı ilə).

 

Hərbi təlimlərə hazırlıq üçün, KTMT-nin Birgə qərargahı tərəfindən hazırlanmış istinad materialları göndərilir (qoşma kimi əlavə olunur).

 

Əlaqələr zamanı, hörmətli A.Qriqoryan, sizdən xahiş edirəm, aidiyyatı qurumları və təşkilatları KTMT-nin Mərkəzi Komissiyası ilə işləmək səlahiyyətinə malik milli rabitə mərkəzindəki əməliyyat qruplarının işində iştirak etmək və təlimatlandırmaq üçün məlumatlandırın. Həmçinin 12.09.2020-ci il tarixədək hərbi təlimlərdə iştirak edəcək şəxslər barədə Katibliyi məlunmatlandırın.

 

KTMT-nin baş katibi                                                  S.Zas 

 

1.Ümumi vəziyyət

 

02-06 mart ərzində “Noyakert” Respublikasının Şərur rayonunda ümumi təlimlər keçirildi.

 

2020-ci ilin iyul-avqust aylarında “Noyakert”də  genişmiqyaslı ümumi təlimlər keçirildi, hansı ki, 10 mindən çox şəxsi heyət, 500-dən çox zirehli texnika, 300-dən çox raket, artillerya silahları, 50-dən çox təyyarə və vertaliyotdan ibarət idi.

 

2019-cu ilin əvvəllərindən “Viziriya” Cənubi Qafqazdakı hərbi sahədəki aktivliyini gücləndirdi. Belə ki, “Viziriya” “Noyakert Muxtar Respublikasında” hərbi iştirakını gücləndirdi.

 

Dəmiryolu sistemi təkmilləşdirilir. “Viziriyadan”  - Ərzurumdan Doğubəyazitin üstündən keçməklə Muxtar Respublikaya gedən dərmiyolunda aktiv tikinti işləri gedir.

 

        Yaxın gələcəkdə Muxtar Respublikanı İran üzrəindən birləşdirəcək Astara-Təbriz dəmiryolunun da istismara verilməsi nəzərdə tutulur.

 

        “Qafqaz birliyi” rəhbərliyi “Noyakert”in Daşarx kəndində “Viziriyanın” hərbi bazasını yaratmaq barədə layihələrin üstündə işlənilir.

        Bölgədəki vəziyyət bir sıra ekstremist qüvvələrin (Azərbaycanda və “Noyakertada” olan təşkilatlar - “Böyük İslam Fəthləri Cəbhəsi”, “Yerusəlim döyüşçüləri”, “Hizb ut-Təhrir”, “İslam Hərəkatı Təşkilatı”, “Arsaxın azad edilməsi təşkilatı”) təlimlərdə iştirak etməsi, ideoloji baza yaradılaraq gənclərin də orduya cəlb edilməsi ilə nəticələndi.

 

2020-ci ildə “Viziriya”, “Azeri” və “Noyakerta”nın siyasi və hərbi rəhbərləri kəskin şəkildə “antisevan” çıxışlar etmişdir.

 

“Viziriya” prezidenti “Noyakert”in “”Sevaniya” tərəfdən təhlükə altında olduğundan “Viziriya” müqabil ölkəni “Sevaniya”nın edə biləcəyi hər hansı silahlı hücumdan qorumağın öhdəliyi öz üzrəinə götürdüyünü çıxışı zamanı bildirmişdir. “Viziriyanın” XİN-i öz növbəsində “Qafqaz Birliyi” ilə aralarında olan hərbi razılaşma ölkələrinin həmin ərazidə hərbi əməliyyatlar aparmasına icazə verir.

 

31.03.2020-ci il tarixdə “Azəri” rəhbərliyi “Sevaniya”nın “Azəri” və “Noyakert” ətrafında yerləşən yaşayış məntəqələrinə silah və minaatanlarla atəşə tutduğunu bildirdi. Müdafiə Nazirlikləri isə atəşə tutlan ərazilərdə heç bir hərbi hissənin olmadığını və yalnız sivil vətəndaşların yaşadığını əlavə etdi.

 

01.04.2020-ci il tarixdə “Azəri” XİN “Arsax”da “azərilərin” suverenliyin təcili şəkildə təmin edilməsini söylədikdən sonra, “Noyakert”in təhlükəsizliyinin təmin edilməsi üçün təminat tələb etdi. Daha sonra o, yalnız “Sevaniya”nın təcavüzkar siyasətindən əl çəkməsindən sonra, regionda asayişin bərpa olunacağına zəmanət verə biləcəyini diqtə etmişdir.

 

2020-ci ilin aprel-iyul ayları ərzində “Sevaniya”ya qarşı dövlət sərhədini pozma hallarının sayı artdı. “Noyakert” istiqamətindnə kəşfiyyat və təxribat halları qeyd olundu:

15.04.2020-ci il tarixdə “Jermusk”a “Noyakert” tərəfdən təxribat qrupunun daxil olmasının qarşısı alındı, 2 nəfər “Sevaniya”nın əks-kəşfiyyatçısı yaralandı;

 

Həftədə bir neçə dəfə “Noyakert” tərəfindən “Sevanın” Yerevan-Dastakert magistral yolunda yerləşən əraziləri pulemyot atəşinə tutuldu.

 

“Hizb ut-Təhrir”, “Boz-qurd”, “Qara-qurd” kimi ekstremist qrupların böyük döyüşçü qüvvələri “Viziriyada” (qərbi İğdır) və “Noyakert”də (şimal və cənub-şərqi Şərur) cəmləşibdir. Bu bölgələrin hər birində silahlıların sayı 600-ə yaxındır.2020-ci il iyulunda “Sevan” və “Azər”i sərhəddinin şimal şərq sərhəddində tank və təyyarələrdən istifadə olunmaq şərti ilə geniş miqyaslı toqquşmalar baş verdi.

 

Beləliklə əldə olunmuş əməliyyat məlumatları onu göstərir ki, “Noyakert “ tərəfdən “Syünik” istiqaməti üzrə silahlı provokasiyalar həyata keçiriləcək. Qəsdlə törədilmiş bütün hadisələr hamısı müttəfiq dövlətlərin “Sevan” sərhəddində destabilizasiya vəziyyəti yaratmaq istəmələrindən, genişmiqyaslı silahlı hücumların baş tutacağından xəbər verir.


 

Milli Təhlükəsizlik iclasında müzakirə etmişik, tapşırıq verilib. Tapşırığı həyata keçirin. Bir şəxslə uzun müddət üçün müqavilə imzalanmasına razı deyiləm. İqtisadi baxımdan uzunmüddətli müqavilələrin imzalanmasının hər il müqavilə imzalanmasından fərqi yoxdur.

Cənablar, ANİF-lə əlaqəli müzakirələri yekunlaşdırdıq. Fikirləşirəm ki, kənd təsərrüfatına investisiyaların qoyulması ilə bağlı KB maliyyə sabitliyi şöbəsinin rəhbəri Andranik Manukyanın və Vençurayin fondu ilə əlaqəli BTA prezidenti Hakop Arşakyanın təkliflərinin müzakirəsi başlanmalıdır. Cənab Ağacanyan xahiş Edirəm protokol çıxarın. Xatırlayın Andranik Manukyanın məruzə etdiyi məsələnin müzakirəsi nəticəsində nə ilə razılaşmışıq. Cənab Qalstyan xahiş edirəm cənab Manukyandan soruşun, o müzakirədən sonra layihə hər hansı formada irəliləyibmi, ya yox. Bu an vəziyyət necədir? Cənab Arşakyan Vençuryan fondu ilə bağlı nə zaman təqdim etməyə hazır olarsınız? Hörmətlə Nikol Paşinyan.  ER baş naziri

Salam, mən uzunmüddətli, ciddi əlaqə istəyirəm. Mən müasir qızam və mən bilirəm ki, 2020-ci ildə internet üzərindən onlarla kişi tapa bilərəm. Mən məqsədli və sevincliyəm. Mənim ürəyim sevgi istəyir. Əgər sən cavab verəcəksənsə, mən sənə məmnuniyyətlə şəkillərimi göndərəcəyəm və hətta özümə daha uyğun olanı deyəcəyəm. Əgər sən maraqlanırsansa, zəhmət olmasa mənim şəxsi emailimə yaz.

Cənab həmkarlar, bugünki bizim növbədənkənar müzakirə nəticəsində iştirakçılar vahid səslə Vardan Avetisyanın (CV əavə edilir) ETH İnformasiya Texnologiyaları idarəsinin rəhbəri vakant vəzifəsinə təklif edilməsi ilə əlaqədar qərar qəbul etdilər. Sıradankənar müzakirədə iştirak edirdilər: Baş nazirin müavini M.Qriqoryan, Maliyyə naziri T.Xaçatryan, BTA naziri H.Arşakyan, ETH naziri Q.Vardanyan, ETH naziri A.Kamalyan, BTA nazir müavini – S.Çaturyan, BEK nazir müavini M.Paşayan, Baş nazirin müavini M.Qriqoryanın ofisinin rəhbəri S.Barseğyan, hörmətlə Hakob Arşakyan.

Çox şadam, mənim niyyətim budur ki, hazırki mərhələdə daha dinamik olmağa cəhd edəsiniz, siyasi qərar verəsiniz, dəstək verilməlidir, hər şey daha cəld təşkil edilməlidir. Bu onlayn platforma imkan verir. Əgər aydınlaşsa ki, aradan qaldırılmaz amil var, üz-üzə olmadan müzakirə etməliyik, toplanıb danışmalıyıq. Lazım gəlsə belədə qərar qəbul etməliyik. Bu həmçinin Arşakyanın təklif etdiyi təcrübə proqramına da uyğundur.

İqtisadi baxımdan uzunmüddətli razılaşmanın imzalanmasının  hər il müqavilə imzalanması ilə eyni olması ilə razı deyiləm. Mənimlə görüş zamanı detalları müzakirə edərik. Bir şəxslə  uzunmüddətli müqavilələrin imzalanması ilə bağlı ER Maliyyə Nazirliyi ER MN ilə eyni fikirləri bildirmişdir. Bənzər razılaşmaların imzalanması halında hər bir ilin cavabdeh bölməsi tərəfindən təqdim edilmiş qiymətləndirilmələr əsasında razılaşmalar imzalanıb. Bununla əlaqədar ER Maliyyə Nazirliyi ilə imzalanmış uzunmüddətli müqavilələr çərçivəsində hər ilin müqaviləsi imzalanarkən ona geri dönüş imkanı verməyi təklif edirəm.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR