22 Oktyabr 2020, Cümə axşamı

Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Bu ölkənin tarixinə baxanda, günahsız insaları necə qətl etdiyini görmək olar, özəlliklə də Xocalıda.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bildiyi kimi, bir daha Ermənistan yenə mülki əhalini hədəf alıb. Bütün beynəlxalq hüquq Azərbaycan tərəfindədir və beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir. Təssüflər olsun ki, beynəlxalq ictimaiyyət ya neytral qalır, ya da Ermənistana dəstək verir. Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir:

"Təssüflər olsun ki, Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün heç bir şey etməyib. Ermənistan-Azərbaycan məsələsi gündəmə gələndə Minsk qrupu Ermənistandan ərazilərin boşaldılmasını tələb etmir.

NATO üzvləri də Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyət tərəfindən cavab almayan Ermənistan bundan cəsarətlənib Azərbaycana hücumlarını davam etdirir".

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR