26 Oktyabr 2020, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğal edilmiş torpaqlarımızın əsas hissələrindən biri olan Cəbrayıl şəhəri və onun ətrafındakı kəndlərin azad edilməsi ilə bağlı xalqa etdiyi müraciət insanlarda müharibənin qələbə ilə başa çatacağına böyük ümid yaradıb.

Bunu  Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

 Azərbaycan xalqının qələbəyə inandığını deyən akademikin sözlərinə görə, İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir. Prezident bu müraciəti ilə hadisələrin bundan sonrakı konsepsiyasını da ortaya qoyub:

”Prezident Azərbaycan Ordusuna, əsgərinə dövlətin verdiyi böyük dəstəyi də ifadə etdi. Bu gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək”.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR