26 Oktyabr 2020, Bazar ertəsi

           Ordumuzun erməni təxribatçılarına qarşı uğurlu əks-hücum əməliyyatının davam etdirdiyi və ard-arda qələbə qazandığı bir vaxtda xalqımız ordumuzla ikiqat birlik və həmrəylik nümayiş etdirir, yerli sakinlər dövlətimiz tərəfindən hərtətfli qayğı və təchizatla təmin edilən əsgərlərimizə sovqat gətirməklə mənəvi dəstək olduqlarını bildirirlər.

        “Ləzzət” Qida Sənaye Məhdud Məsuliyyətli Cəmiyyəti və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsgərlərimiz üçün hərbi hissəyə sovqat olaraq müxtəlif adda şirniyyat və qablaşdırılmış sular təhvil verilib. Hərbçilər gətirilən sovqatlara və göstərilən diqqətə görə minnətdarlıq ediblər.

      Babək “Sirab” ASC-nin əməkdaşı Azad Həsənovla söhbətimiz zamanı bildirdi ki, Şərur rayonunun Danyeri kənd sakinləri və Danyeri Yanacaq Doldurma Məntəqəsinin də kollektivi hərbi hissədə olub, şəxsi heyətə sovqat gətiriblər. Səmimi söhbət zamanı xalq-ordu birliyindən danışılıb, ordumuzun son günlərdəki uğurlu əks-hücum əməliyyatının xalqımıza sevinc hissi yaşatdığı qeyd olunub.   

    Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin, həmçinin Sirab, Zeynəddin və Qahab kəndlərinin sahibkarları da hərbi hissəyə sovqat gətiriblər. Rayon sahibkarları 260 kiloqram ət, 120 kiloqram kartof, 115 kiloqram  meyvə, 40 kq qatıq, mineral su, şirniyyat, lavaş və digər məhsulları əsgərlərə təhvil veriblər.                                                                                                          

       Sahibkar Cahangir Zeynalzadə isə vurğuladı ki,Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti də hərbi hissədə olub əsgərlərlə görüşüblər. 16 tondan artıq kələm, 6 ton kartof, 120 kiloqram ət, 300 kiloqramdan çox cəviz, şirniyyat və digər məhsullar sovqat kimi hərbi hissənin kollektivinə təhvil verilib. 

      Hərbçilər adından çıxış edənlər bildirdilər ki, gətirilən pay əsgərlərimizə göstərilən qayğını ifadə edir. Bu da hərbçilərimizdə ruh yüksəkliyi yaradır. Onlar bu diqqətə görə minnətdarlıqlarını çatdırdılar.  Görüşlərdə çıxış edənlər Vətənin keşiyində hər zaman ayıq-sayıq dayanan, layiqli xidmət edən hərbiçilərimizə bu şərəfli işlərində uğurlar arzuladılar.

                                Kənan Cəlilov

        

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR