31 Oktyabr 2020, Şənbə

Tarixi min illərə söykənən qədim TÜRK YURDU. Hər qarışı qəhrəmanlıq, rəşadət, hünər meydanı. Bəşəriyyətin beşiyi, Gəmiqaya və Qobustanı ilə insanlığı yenidən var edən MÜQƏDDƏS TORPAQ! Qədim və şanlı dövlətçilik ənənələri, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər kimi dövlətləri ilə tarixə səs salan qüdrətli AZƏRBAYCANIM!

 Ey qəhrəman övladın şanlı Vətəni!

El qəhrəmanları ilə tanınar, var olar, yaşayar. Cavanşir, Babək kimi minlərlə qəhrəman oğulları, son damla qanını da Vətən torpağına axıdan igidləri, Mübarizləri, Poladları ilə tarixi yenidən yazan ŞANLI AZƏRBAYCANIM, MÜZƏFFƏR ORDUM!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Vətən, hər qarışın oğullarının müqəddəs and yeridir. Bu torpaq uğrunda ölüm həyatın davamıdır. Ölümün gözünə dik baxan oğulların bu gün Füzulidə, Ağdamda, Ağdərədə, Suqovuşanda, Cəbrayılda, QARABAĞDA tarixinin qəhrəmanlıq səhifəsini yazırlar. Vətənin çağrışına səs verən milyonlarla igidin ALİ BAŞ KOMANDANIN döyüş əmrinə müntəzirdir.  

Üçrəngli bayrağınla məsud yaşa!

Bu bayraq zirvələrə yaraşır. Əsən yellər bu bayrağın əzəmətin Haçadağdan Əlincəyə, Qapıcıqdan Murovdağa, Xəzərdən Babadağa, Şahdağa ötürür. Dalğalandığı hər qarış torpağımız gülüstana çevrilir.

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Tarixdə çox hərbə meydan oldun, ANA YURDUM! Başın üzərində çox şimşəklər çaxdı, çox göy guruldadı, amma yağan yağış igid oğullarının al qanını yudu. Vətən, yolunda çox canlar qurban verdik, halalındır, təki başın dik dursun! Məğrur dayan, doğma yurdum, odlar yurdum AZƏRBAYCAN!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

“Şəhid ölməz, Vətən bölünməz” – şüarını alın yazısı edən qəhrəman əsgərlərin hünər və cəsarətləri ilə mamır olub Vətən qayalarında bitdi, Murovdağa şanlı bayrağını sancaraq şəhidlik zirvəsinə yüksəldi.

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Daşın, torpağın, havan, suyun necə müqəddəs, necə doğmadır, ANA VƏTƏN! Şəhid qanı suvaran torpaqların gülüstandı, ANA VƏTƏN! Bir qarış torpağın uğrunda can verməyə, qan tökməyə hazırıq, ANA VƏTƏN!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Ən ali duyğudur, VƏTƏN SEVGİSİ! Bu sevginin əsasıdır VƏTƏNDAŞLIQ BORCUMUZ! Vətənlə bir olmaq, vətən olmaqdır, onun torpağına qarışmaqdır, VƏTƏN SEVGİSİ! 

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Namusum, qeyrətim, şərəfim, vüqarımdır, ÜÇRƏNGLİ BAYRAĞIM! Dövlətçiliyimin məhək daşıdır, ulu Heydərimin əmanətidir, üçrəngli bayrağım! Bir əlində silah, bir əlində şanlı bayrağım, qələbə sənə yaraşır, AZƏRBAYCAN ƏSGƏRİ!

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

VƏTƏN - haqq yolumuzdur. Sənə göz dikəni əzib keçmək AMALIMIZDIR!

Ali Baş Komandanımızın qələbə MUJDƏSİ, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin CƏSARƏTİ, qəhrəman əsgərlərimizin İGİDLİKLƏRİ, Vətən deyib cəbhəyə yola düşən milyonların VƏTƏN SEVDASI, qüdrətli ordumuzun şanlı QƏLƏBƏLƏRİ, ZƏFƏR YÜRÜŞÜ, şəhidliyi qürurla qarşılayan analarımızın, atalarımızın, bacı və qardaşlarımızın MƏĞRURLUĞU qarşısında BAŞ ƏYİRİK, FƏXR EDİRİK, QÜRUR DUYURUQ!

QƏLƏBƏN MÜBARƏK,

AZƏRBAYCAN, AZƏRBAYCAN!

 

Ülvi Hüseynli

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR