27 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin kollektivi muzey günləri çərçivəsində Xatirə muzeyində olublar.

 Muzeyin bələdçisi bildirib  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılan muzey əvvəl Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 may tarixli qərarına əsasən muzeyin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda muzeydə 2000-dən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əksetdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları qorunub saxlanılır. Burada eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının sərhədlərində başverən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da  ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, Azərbaycanda baş verən qırğınlara, faciələrə ilk dəfə hüquqi-siyasiqiymət verən ümummilli lider Heydər Əliyev olub. Muzeyin bələdçisi onu da vurğulayıb ki, milli ordumuzun səyi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı işğal olunmuş hər bir rayonumuzun səmasında dalğalanacaq. O zaman şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.   

                                                                            

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, universitetin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov 2018-ci il Günnüt zəfərində böyük şücaətlilik göstərərək şəhid olmuş Adil Tatarovun portretini muzeyə hədiyyə edib.

Səadət Əliyeva 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR