27 Oktyabr 2020, Çərşənbə axşamı

Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Gürcüstan ərazisi vasitəsilə Azərbaycana keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəlib.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili məlumat verib.

 Xidmət rəisi deyib ki, Gürcüstanın beynəlxalq nüfuzuna və dost ölkələrə münasibətlərinə zərbə vurmağa yönəlmiş bu cür bəyanatların heç bir əsası yoxdur. DTX Azərbaycanın və Ermənistanın müvafiq qurumları ilə fəal əlaqəni davam etdirir.

“Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyinə və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”, – deyə Q.Liluaşvili vurğulayıb.

AZƏRTAC 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR