26 Oktyabr 2020, Bazar ertəsi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) döyüş meydanında Ordumuz tərəfindən məğlubiyyətə uğradılan işğalçı Ermənistanın müxtəlif çirkin təxribatlara əl atması ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda qeyd olunub: “Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır. Ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.

Odur ki, vətəndaşlarımıza bir daha müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın məlumatlarına etibar etməyə çağırır. Əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar xəttinə müraciət edilməsi xahiş olunur”.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR