25 Oktyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi müvafiq tapşırıqların icrasını təmin etmək üçün dövlət orqanları və müəsssisələrində mövcud olan avadanlıqların işləkliyinin təmin olunması və texniki servis xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə təlim keçirilib.

Maliyyə Nazirliyinin təşkilatçılığı ilə 1 oktyabr 2020-ci il tarixdə start verilən təlimdə “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixtisaslı mütəxəssisləri təlimçi qismində cəlb olunmaqla, aidiyyəti təşkilatlardan avadanlıqlara nəzarət üzrə 37 məsul şəxs iştirak edib.
Hər bir texniki xidmət üzrə ayrı keçirilməsi nəzərdə tutulan təlimlər iki moduldan ibarət olmaqla, ilkin mərhələdə nəzəri, ikinci mərhələdə isə praktik olaraq təşkil edilib.
Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə təlimin zəruriliyindən danışaraq iştirakçılara ümumi məlumat verib.
“Gəmiqaya Şirkəti”nin mütəxəssisi tərəfindən təlim iştirakçılarına məlumat verilib, sonra isə avadanlıqlara iş şəraitində praktik baxış keçirilib.
Növbəti günlərdə soyutma sistemlərinə, istilik qazanlarına, elektrik requlyatorlarına, UPS və generatorlara ümumi xidmət göstərilməsi və profilaktik müdaxilələr istiqamətində təlimlər təşkil ediləcəkdir.
Qeyd edək ki, təlimlərin sonunda iştirakçılara müvafiq sertifikatlar və avadanlıqların iş prinsipinə dair təlimatlar təqdim ediləcəkdir.


Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR