23 Oktyabr 2020, Cümə

DünənSaat Meydanı” turistik istirahət mərkəzində “27 sentyabr  – Ümumdünya Turizm Günü”  və “Turizm İşçiləri Günü” peşə bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat mərasimi keçirilib. Əvvəlcə tədbirin aparıcısı muxtar respublikada turizm sahəsinə göstərilən dövlət qayğısından danışıb, son illər bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, zəngin tarixi-mədəni irsi, mineral bulaqları, nadir təbiət və qədim memarlıq abidələri, özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik olan yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Yüksək turizm potensialına malik olan muxtar respublikada dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bu sahədə davamlı inkişafa nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaradıb. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib. Muxtar respublikada bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması mövcud turizm potensialının təbliği və tanıdılmasına geniş imkanlar açıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə  Tədbir planı təsdiq edilib. Planın icrası istiqamətində həyata keçirilən tədbirlərdən biri də təqdimatına toplaşdığımız “take another look” brendi və loqosuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının özünəməxsus yerli destinasiya loqosunun hazırlanmasıdır. Əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasının Turizm loqosuqısa vaxt ərzində Naxçıvanın turizm brendinə çevriləcək. 

Vurğulanıb ki, 1980-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 27-si “Ümumdünya Turizm Günü”,  Prezident cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il bu tarix ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Əkbər Novruzov çıxışının sonunda turizm sektorunun nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, muxtar respublikada turizmin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün turizm işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

“Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin direktor müavini Rifat Mahmudovçıxış edərək Ali Məclis Sədrinin birbaşa diqqət və qayğısı sayəsində muxtar respublikada turizm sektorunun inkişafı üçün yaradılan şəraitdən, mövcud pandemiya dövründə daxili turizm sahəsində həyata keçirilən tədbirlərdən  danışıb, turizm işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Sonda Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat videoçarxına baxış olub.

 Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR