20 Oktyabr 2020, Çərşənbə axşamı

Sentyabrın 26-27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan sakinlərinin çoxdandır gözlədiyi festival –“Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək. Hər il ənənəvi olaraq təşkil edilən festivalda muxtar respublikanın şəhər və rayonlarında arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edəcək, ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.

 

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Festivalda arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi, o cümlədən konsert proqramı təşkil ediləcək. Arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcək, müsabiqə qaliblərinə hədiyyələr və diplomlar təqdim ediləcək.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR