20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 31 avqust-16 sentyabr tarixlərdə ­keçirilmişdir.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdı. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdi ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdı. Test imtahanlarında 714 namizəd iştirak edib, onlardan 414-ü keçid balını toplayıb.

Vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə daha çox olub. Ən çox İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyat aparılıb.
Müsabiqədə hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris edilən ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim olunub. Namizədlərə test tapşı­rıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilib və hər düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etmir.
Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarına 22 sentyabr tarixdən start verilib.
Test imtahanlarının keçirilməsində əsas məqsəd vergi orqanlarında kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, eləcə də istedadlı gənclərin vergi xidmətinə işə cəlb edilməsindən ibarətdir.
Müsabiqəyə çıxarılan 20 vakant vəzifənin tutulması üçün 184 namizəd sənəd təqdim edib. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Yetmiş və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti müsahibə mərhələsinə buraxılacaqlar.
Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilir. İmtahanda Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin əməkdaşları müşahidəçi kimi iştirak edirlər.
Test imtahanında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.
Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 25 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR