19 Sentyabr 2020, Şənbə

 

 

 

15 Sentyabr – Bilik Günü Heydər Əliyev adına HərbiLiseydə də qeyd edilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni tədris ilinin başlanması münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində bu təhsil ocağınə 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Buillki məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasınınali hərbi məktəbinə daxil olub.  

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Lamiyə Əsgərova və kursant Xəyyam Gülməmmədov çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər.           Çıxışların ardından orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, tribuna önündən təntənəli keçid olub.

Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev pedoqoji kollektivlə görüşüb, keçilən dərslərlə maraqlanıb.

     Nəriman NƏCƏFOV

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR