05 Avqust 2021, Cümə axşamı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Muxtar respublikamızda yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun görüşü artıq ənənə şəklini alıb. Belə görüşlərin növbətisi sentyabrın 12-də Naxçıvan şəhərində – Heydər Əliyev Sarayında keçirildi. 2019-2020-ci dərs ilində pandemiya ilə əlaqədar olaraq mart ayının 4-dən muxtar respublikada tədrisin dayandırılıb onlayn şəkildə davam etdirildiyini,  yüzlərlə məzunun builki qəbul imtahanlarında göstərdikləri nəticələrə çox böyük əziyyətlə nail olduqlarını, hətta 11 illik məktəb həyatının son – məzun günündə doğma təhsil ocaqları ilə vidalaşmağın həm sevincini, həm də özünəməxsus “kədərini” yaşaya bilmədiklərini nəzərə alsaq, bu görüş möhtəşəmliyi ilə həyatın astanasına yenicə qədəmlərini qoyan gənclərin  unudulmaz bir gününə çevrildi.

Naxçıvan: dünən

Möhtəşəm saray, gur işıqlar, əmin-amanlıq 30 il bundan əvvəl, Naxçıvanın blokadasının ağrılı-acılı illərinin gənc­liyinin nümayəndəsi olaraq məni həmin görüşdə biranlıq o illərə qaytardı. Gənclərə göstərilən qayğı ilə onların üzündəki xoşbəxtliyin şəfəqi o qaranlıq günlərə işıq salaraq uçuq-sökük məktəblərimizi, neft, salyarka qoxan sinif otaqlarımızı canlandırdı göz önündə. Paltarlarımıza hopan və yuyulanda da getməyən o qoxuları aldım hardansa bir an. Siniflərdə payızdan yazadək palto ilə otursaq da, qırışığımızın açılmadığı, bu qalın paltarların üstümüzə çökdürdüyü ağırlığı xatırladım. Soyuqlar başlayandan ta istilər düşənədək qapısı açılmayan kitabxanalar, idman zalları, emalatxanalar, laboratoriyalar bir-bir keçdi nəzərimdən. Bu soyuq sinif otaqlarından ümid apardığımız və buradakından da dəhşətli soyuğun lövbər saldığı çöksüsüz evlərimizi demirəm hələ. İqtisadi blokada bir yana, informasiya blokadası insanları məhv edirdi. Nə bir radiodan səs çıxırdı, nə bir mavi ekran işıqlanırdı, informasiya təminatımız tək “Şərq qapısı” qəzeti ilə idi ki, yanacaq qıtlığı üzündən bu qəzeti rayonlara həftədə bir dəfə gətirib çıxara bilirdilər. Həyatı dünyadan, ölkədən xəbərsiz, işıqsız, təbii qazsız, əllərimizi nəfəsimizlə qızdırıb qoynumuza qoyduğumuz günlərlə yaşamaq məcburiyyətində idik. Hər səhər məktəbə getməzdən əvvəl çörək növbələrində – yayda qızmar günəş altında, qışda buzun üstündə ayağımızın birini götürüb o birini qoya-qoya evlərimizi birgünlük çörək möhtaclığından xilas etmək idi gənc­liyimizin mənası.
Biz də neft ölkəsinin gəncləri idik. Lakin həm də öz ölkəmizdə nefti talonla alanlar idik. Neft növbələrində – küçələrin ortasındaca düşüncələrimizi qurd kimi gəmirib yeyən əsarət, asılılıq yanğısı hər ailə başına 1-2 litr olan neft, salyarka “payı” nın alovunda hələ evə çatanadək çoxdan göyə sovrulmuş olurdu. Sübhün gözü açılandan qaş qaralanadək məcburən kitab oxuyub, dərs tapşırıqlarını həll etməliydik. Çünki qaş qaralan an hamı bir otağa yığılır, o otağı isə yalnız öz ətrafına işıq salan neft çıraqları işıqlandırırdı...

Naxçıvan: bu gün

Sarayın bərq vuran işıqlarında dünən – çıraq işığına möhtac Naxçıvandan bu gün qurulub-yaradılan günəş, su, külək elektrik stansiyaları hesabına elektrik enerjisi ixracatçısına çevrilən Naxçıvana qayıdıram. Bu gur işıqda muxtar respublikamızın abadlaşan bölgələri bərq vurur. Müstəqillik illərində – lakin yenə də blokada şəraitində muxtar respublikamızın bu bölgələrindəki şəhərlərdən ən ucqar kəndlərədək ucaldılan 200-dən artıq maddi-texniki bazası gücləndirilmiş məktəblər sıralanır: ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuş, sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılmış, laboratoriya və fənn kabinələri olan, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunan bədii ədəbiyyatla təmin edilmiş məktəblər. Şagirdinə müəllimi, müəlliminə şagirdi qədər qayğı göstərilən təhsil ocaqlarımız. Budur, bugünkü tədbirdə salondolu yüksək bal toplayan məzunları vətənpərvər, yüksək intellektual səviyyədə tərbiyə edən müəllimlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda 117 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 189 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına, 108 müəllim “Tərəqqi” medalına layiq görülüb. Ötən illərdə müəllimlərin aylıq vəzifə maaşları dəfələrlə artırılıb. Bu qayğı isə ilbəil müəllimlər tərəfindən sağlam nəslin, savadlı, intellektual gəncliyin yetişdirilməsi ilə cavablandırılır. İstedadlı uşaqların adı Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na yazılır. Onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Bu qayğı “İstedadlı şagirdlər” albom-kataloqunun nəşri ilə davam etdirilir. Daha böyük qayğı isə budur, göz önündədir...

275 məzun ilə şəxsən

Artıq illərdir ki, yüksək bal toplayan naxçıvanlı gənclər gələcək həyatlarına böyük stimul olan muxtar respublika rəhbəri ilə görüşdən sonra qədəm qoyurlar. Bu görüş həm də birinci deyil ki... Yüksək bal toplayanlar da, digər yeniyetmə, gənclər də, hətta məktəbə yenicə gələn birincilər də rayon, şəhər, kəndlərimizdə ötən illər ardıcıl şəkildə tikilib istifadəyə verilən məktəblərində Ali Məclis Sədri ilə görüşüb, tövsiyələrini dinləyiblər. Elə bu düşüncələrlə də bu möhtəşəm sarayda Ali Məclis Sədrinin ötən tədris ilində yüksək bal toplayıb tələbə adını qazanan 275 məzunun hər biri ilə ayrılıqda görüşüb təbrik etməsi, onlara hədiyyələr verməsi yenə də 30 il əvvəlki gəncliklə bu gəncliyin müqayisəsini gətirdi gözlər önünə.

İtirilmiş gəncliyin tapıldığı gün

Ali Məclis Sədrinin “Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız” kimi dəyərli fikirləri ilə bir anda tələbəlik illərinə qayıtdım. 275-dən biri də mən oldum. Bu qayğının, doğmalığın istisində, bir də ağ kəpənəklərə bənzər 275 gəncin əhatəsində, onların üzündəki sevincdə, xoşbəxtlikdə gənc­ləşdim. Yenidən universitet tələbəsi oldum və elə bu qayğı əhatəsindəki gəncliyin arasında 1990-cı illərin itirilmiş gəncliyini tapdım: bir anda bizim də müasir məktəbimiz, işıqlı, isti sinif otaqlarımız, idman zallarımız oldu. Kitabxanaların qapısı üzümüzə açıldı, burada saatlarla oturub istədiyimiz kitabı ana dilimizdə oxuya bildik. Evlərimizin soyuq otaqlarına hərarət gəldi, gur işıqlar ətrafı nura qərq etdi, əynimizdəki nimdaş paltarların sıxıcı təsiri bu gənclərin üzərindəki şıq geyimlə əvəzləşdi... Sanki 90-ın gəncləri yığışıb bu qayğıdan pay almaq üçün möhtəşəm saraya gəldilər. Bəli, gəldilər və görəndə ki, bu gənclər elə 90-ın gənclərinin övladlarıdır, itirilmiş gəncliklərini övladlarının simasında tapdıqları an hər kəs qürur duydu: 30 il əvvəlki Naxçıvanın yerində bugünkü Naxçıvanın, 30 il öncəki qayğısızlığın yerində bugünkü qayğının, 30 il əvvəlki gəncliyin yerində belə bir gəncliyin olması ilə...

Mətanət MƏMMƏDOVA
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Bura mənim can evimdir, bura mənim Canmə…

05-08-2021-18-20 İCTİMAİ-SİYASİ

Bura mənim can evimdir, bura mənim Canməkanım...

Mən Nuh Peyğəmbərin Dünya tufanından sonra burada yenidən ...

İctimai təhlükəsizliyin qorunmasına cid…

05-08-2021-17-54 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayı...

Növbəti aktivlər təqdim olunub

05-08-2021-17-52 -Sosial

Növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdaf...

Muxtar respublikada əhalinin səmərəli m…

05-08-2021-17-49 İQTİSADİYYAT

Muxtar respublikada əhalinin səmərəli  məşğulluğu diqqət mərkəzindədir

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata ke...

Naxçıvanlı steamçılar “Yay məktəbi”ndə

05-08-2021-17-39 -Elm və təhsil

Naxçıvanlı steamçılar “Yay məktəbi”ndə

Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texno...

Uşaqların müayinə və müalicəsi üçün hərt…

05-08-2021-17-31 -Səhiyyə

Uşaqların müayinə və müalicəsi üçün hərtərəfli şəraitin  yaradılması diqqət mərkəzindədir

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqa...

Ermənistan silahlı qüvvələri tərəfindən …

05-08-2021-15-05 İCTİMAİ-SİYASİ

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüv...

Magistraturaların boş qalan yerlərinə qə…

05-08-2021-10-55 İCTİMAİ-SİYASİ

Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-dən 11-dək 2021/20...

Azərbaycan "BE-200ÇS" tipli am…

05-08-2021-10-52 İCTİMAİ-SİYASİ

Azərbaycan "BE-200ÇS" tipli amfibiya təyyarəsini Türkiyəyə yola salıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ...

İmtahanlar keçirilib

04-08-2021-20-13 -Elm və təhsil

İmtahanlar keçirilib

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidentur...

Vətən sevgisi – Şəhidlik zirvəsi

04-08-2021-20-09 İCTİMAİ-SİYASİ

Vətən sevgisi – Şəhidlik zirvəsi

Beşyaşlı bir oğul, atasının doya-doya qucaqlaya bilmədiyi,...

Xalq təqvimində “qora bişirən ay”

04-08-2021-20-04 -Mədəniyyət

Xalq təqvimində “qora bişirən ay”

Lap qədim zamanlardan üzü bəri ömrünü torpağa bağlayan əcd...

Gənc istedatlara göstərilən dövlət qayğı…

04-08-2021-19-24 -Elm və təhsil

Gənc istedatlara göstərilən dövlət qayğısı

Muxtar respublikamızın uğurlu inkişaf siyasəti bütün sahəl...

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə…

04-08-2021-19-21 -Elm və təhsil

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında beynəlxalq əməkdaşlıq gücləndirilir

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin geni...

Taxıl tədarükü mövsümü uğurla başa çatıb

04-08-2021-19-04 İQTİSADİYYAT

Taxıl tədarükü mövsümü uğurla başa çatıb

Sahələrdən 103 min 372 ton məhsul götürülüb Daha bir təsə...

Naxçıvan Dəmir Yolu iqtisadiyyatımızın g…

04-08-2021-18-49 İQTİSADİYYAT

Naxçıvan Dəmir Yolu iqtisadiyyatımızın gəlirli sahəsinə, maraqlı səyahət marşrutuna çevriləcək

Son dövrlərdə Avroasiya məkanında gedən sürətli inteqrasiy...

Azərbaycan MN: "Dövlət sərhədi isti…

04-08-2021-18-44 İCTİMAİ-SİYASİ

Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saa...

Standartlara uyğunluq təmin edilir

04-08-2021-18-32 İQTİSADİYYAT

Standartlara uyğunluq təmin edilir

İstehsal və xidmət sferasının bütün sahələrində müasir key...

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyi…

04-08-2021-18-29 İQTİSADİYYAT

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə  Dövlət proqramı uğurla icra olunur

Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcu...

“Gələcək üçün maliyyə” layihəsi çərçivəs…

04-08-2021-18-06 İQTİSADİYYAT

“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində  təlimlər davam edir

        Ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həya...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Avqust 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR