26 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası fərman və sərəncamlardan, Dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradio jurnalistikası sahəsində icra edilməsi vəziyyətini 2020-ci ilin iyul ayında da diqqətdə saxlayıb. Ötən ay televiziya və radiolarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən sosial obyektlərdən operativ materiallara geniş yer verilib. Naxçıvan Dövlət Televiziyasında Ali Məclis Sədrinin iştirak etdiyi tədbirlərə, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 8 telematerial hazırlanıb.

Bu dövrdə televiziyanın öz teleməhsulları efirin 72 faizini əhatə edib, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilib. Televiziyada bir sıra baxımlı verilişlər sırasında “Tarixin işığında: Şahbuz” sənədli-televiziya filmi maraqla qarşılanıb.

İyul ayında Ermənistan silahlı birləşmələrinin Tovuz rayonu istiqamətinə hücumu, Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü qoruyaraq mənfur düşmənin növbəti təxribatının qarşısını alması ilə əlaqədar olaraq proqram siyasətində dəyişikliklər edilib, vətənpərvərliyə, ordumuza həsr olunmuş verilişlərə üstünlük verilib.
Şura tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin teleradiolarda fəaliyyətinin növbəti təhlili aparılıb, ötən ay mətbuat xidmətləri əməkdaşlarının iştirakı ilə televiziyanın efirində 26 veriliş yayımlandığı müəyyən edilib.
Bəhs olunan dövrdə Naxçıvan Dövlət Radiosu 580 saat efirdə olub. Ümumi efirin 59 faizini radionun öz istehsalı olan veriliş, pro­qram, xəbərlər, reklam çarxları, ədəbi-bədii kompozisiyalar, 41 faizini isə konsert və digər hazır materiallar təşkil edib. İyul ayının 12-dən 18-dək radioda hərbi-vətənpərvərlik mövzularına geniş yer verilib.
“Naxçıvanın səsi” radiosu iyul ayında 248 saat efirə çıxıb. Ümumi efirin 29 faizini musiqi, 6,25 faizini “Xəbərlər” informasiya proqramları, 2,1 faizini isə uşaqlar üçün “Nağıl axşamı” verilişləri təşkil edib.
Radioda iyul ayında da əlamətdar günlər öz əksini tapıb. Belə ki, 14 iyul tarixdə “Xalqın taleyində dönüş günü” adlı, 22 iyul – Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə hazırlanan verilişlər efirə təqdim edilib.
“Kanal 35” televiziyasında 14 iyul tarixdə televiziyanın yaranmasından bəhs edən “16 il sizinlə” televiziya filmi, milli mətbuatın 145 illiyi münasibətilə hazırlanmış “Sual, yoxsa cavab” verilişi mövzu əhatəliliyi baxımından diqqəti cəlb edib.
Ötən ay şura tərəfindən sosial şəbəkələrdə muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı 700-dən çox foto və video, həmçinin xəbər paylaşılıb.
Hesabat dövründə şura tərəfindən muxtar respublikamızda sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanları üçün 134 xəbər, 2 analitik material, 5 müsahibə, 1 fotoreportaj hazırlanıb. Həmçinin 100 milyondan çox abunəçisi olan ingilisdilli “China Daily” qəzetində “Qədim Azərbaycanın minillik tarixinin yaşadıldığı məkan – Gəmiqaya abidəsi”, Türkiyə mediasında isə “Azərbaycan brendi – Naxçıvan “Badamlı”sı” sərlövhəli məqalələr yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR