21 Sentyabr 2020, Bazar ertəsi

Muxtar respublikanın Ordubad rayonunun Şəhriyar qəsəbəsində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər yekunlaşmaq üzrədir.

10 mindən çox Ordubad şəhər sakinini keyfiyyətli su ilə təmin edəcək kompleksin gündəlik istehsal gücü 10 min 800 kubmetrdir. Kompleksdə bütün iş prosesi avtomatlaşdırılıb. Burada müasir qurğular vasitəsilə təmizlənən su təzyiqli nasoslar vasitəsilə Ordubad şəhəri yaxınlığındakı 5 min və 7 min kubmetrlik su anbarlarına ötürülür.

 Ordubad Şəhər Sutəmizləyici Qurğular Kompleksi saniyədə 125 litr su təmizləmə gücünə malikdir. Hidroobyektdə İsveçrə və Türkiyə istehsallı, hər birinin su təmizləmə gücü saniyədə 41,6 litr olan 3 dəst avadanlıq quraşdırılıb. Kompleksdə quraşdırılan avadanlıqlara nəzarət etmək məqsədilə 10 kamera quraşdırılıb. İdarəetmə otağında mütəmadi olaraq bütün iş prosesinə nəzarət edilir.

Qeyd edək ki, hazırda Naxçıvan şəhərində, o cümlədən Şərur, Şahbuz və Culfa rayonlarında müasir Sutəmizləyici Qurğular Kompleksi mövcuddur. Komplekslərdə nanofiltr sistemli membranlar vasitəsilə xətlərə verilən suyun tərkibi təbii bulaq suyu qədər təmizlənir.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR