21 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.

 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarətdir. Bu zallarda sərnişinlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb, mebel dəstləri ilə təmin olunub.

 Kompleksdə əsas tikinti işləri başa çatdırılıb, əraziyə asfalt örtük salınıb. “Gəmiqaya” MMC tərəfindən aparılan tikinti işlərində əsasən yerli inşaat materiallarından istifadə olunur. Hazırda inzibati binada, keçid xətlərində və kompleksin ərazisində son tamamlama işləri həyata keçirilir.

Zolaqlarda nömrəoxuma sistemi, elektron növbə və sürətli keçid üçün elektron növbə sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb.

Sərnişinlər üçün müasir görkəmə malik hərəkət zolağı yaradılıb. Sərnişin keçid zalında gömrük əməliyyatları və sərhəd nəzarətinin həyata keçirilməsi üçün xidməti otaqlar, eləcə də yerli və xarici məhsullar satılan “DUTY FREE” və kafe yerləşir. Sərnişin keçid zallarında müasir rentgen-nəzarət qurğuları quraşdırılacaq. Gələcəkdə kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılıb.

Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq kompleksin ərazisində Təcili tibbi yardım və yanğından mühafizə xidmətlərinin təşkil olunması da diqqətdə saxlanılıb.

Kompleksin ərazisində kinoloji xidmət üçün də ayrıca bölmə yaradılıb. Ərazidə geniş abadlıq işləri aparılır, yaşıllaşdırma tədbirləri həyata keçirilir və müasir işıqlandırma sistemi quraşdırılır. Yeni kompleks Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyə Respublikası arasında gediş-gəlişin artmasına, sərnişinlərin və nəqliyyat vasitələrinin rahat və sürətli keçidinə öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, muxtar respublikanın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyə arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində 24 saatlıq iş rejimində fəaliyyət göstərən Sədərək gömrük sərhəd-buraxılış məntəqəsinin xüsusi rolu var.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR