21 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında ordumuzun qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlərdən biri də xalq-ordu birliyinin günbəgün daha da möhkəmləndirilməsidir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün muxtar respublikamızdakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.

Ordu ilə xalqın birliyinin təcəssümü olaraq hər il muxtar respublikamızda yetişdirilən mövsümi meyvə-tərəvəzlər və bostan məhsulları əsgərlərə sovqat olaraq verilir.

Avqustun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi tərəfindən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimində iştirak edən hərbi qulluqçulara və Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinə 9 ton qarpız təhvil verilmişdir.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR