19 Sentyabr 2020, Şənbə

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsi yeni akademik ildə daha bir irimiqyaslı beynəlxalq layihənin icrasında iştirak edəcək. Belə ki, ali təhsil ocağı yeni beynəlxalq layihəyə – Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycan Rektorlar Konfransının Yaradılması) layihəsinə tərəfdaş seçilən universitet Naxçıvandan bu layihəyə qoşulan yeganə universitetdir.

Qeyd edək ki, layihə 2020-ci ildəki çağırışında Avropa Komissiyası tərəfindən qəbul edilmiş yeganə milli layihədir. Bakı Biznes Universitetinin koordinatoru olduğu layihənin məqsədi Rektorlar Konfransı yaratmaq, universitetlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləmək, milli inkişaf strategiyasına uyğun olaraq rektorlar konfransının yaradılması ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığın inkişaf etdirilməsidir. Layihədə Azərbaycandan 15, Avropadan isə 5 ali təhsil müəssisəsi və təşkilatı iştirak edir.

Seyfur Hacımuradov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR