15 Avqust 2020, Şənbə


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan “Günəş” Elektrik Stansiyasında “Elektrik stansiyalarında yanğınların qarşısının alınması və zərərçəkənlərin xilas edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

  Fovqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,təlimə nazirliyin aparatının və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər, Babək və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, Böhrаn Vəziyyətlərində İdаrəеtmə Mərkəzinin “112" qaynar telefon xətti, “101” xidməti və Naxçıvan “Günəş” Elektrik Stansiyasının rəhbərliyi cəlb olunub.

Təlimin keçirilməsində məqsəd stansiyada ehtimal olunan yanğınlar zamanı yаrаnа biləcək vəziyyətin qiymətləndirilməsi və qərarın qəbulu üzrə təlim iştirаkçılаrınа təcrübə qаzаndırmаq, yanğınların söndürülməsi zamanı yanğından mühafizə bölmələrinin uzlaşmış fəaliyyətini təşkil etmək, həmçinin  yanğınların operativ və cəld söndürülməsi üçün qüvvə və vasitələrin düzgün bölüşdürülməsinə, yanğın sahələrinin məhdudlaşdırılmasına, yanğınsöndürmə texnikalarının hərəkətinin məhdud olduğu ərazilərdə əlaltı vasitələrlə yanğının söndürülməsinə nail olmaqdan ibarət olub.

Təlim planına uyğun olaraq birinci mərhələdə “Günəş” Elektrik Stansiyasında ehtimal olunan yanğınlar zamanı yarana biləcək vəziyyətin qiymətləndirilməsi, yanğından mühafizə bölmələrinin təlim rayonunda yerləşdirilməsi və yanğının həlledici istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müvafiq vəzifəli şəxslərin məruzələri dinlənilib və yanğının söndürülməsi üçün qərar qəbul edilib.

İkinci mərhələdə “Günəş” Elektrik Stansiyasının 1-ci və 2-ci günəş panelləri ərazisində şərti baş vermiş yanğınların söndürülməsi üzrə idarəetmə orqanlarının və qüvvələrin uzlaşmış fəaliyyəti təşkil olunub, təlim yerlərində yanğından mühafizə bölmələrinin  praktik fəaliyyətinə qiymət verilib. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğınların qarşısı vaxtında alınıb, alovun günəş panellərinə keçməməsi üçün yanğınsöndürmə texnikalarının hərəkətinin məhdud olduğu ərazilərdə əlaltı vasitələrdən istifadə olunub. Şərti yanğınların söndürülməsində Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 20 nəfər şəxsi heyəti,  3 ədəd “Kamaz” markalı, 1 ədəd “Zil-130        ” markalı yanğın avtomobili, eləcə də Babək, Şahbuz və Kəngərli rayon şöbələrinin ümumilikdə 31 nəfər şəxsi heyəti, 3 ədəd “Kamaz” markalı yanğın avtomobili iştirak edib. Təlimdə idarəetmə kodlaşdırılmış danışıq cədvəlindən istifadə olunmaqla müasir radiorabitə vasitələri ilə həyata keçirilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub, yanğınsöndürmə bölmələri təcrübə qazanıb. Şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə bu kimi təlimlərin muxtar respublikanın bütün strateji əhəmiyyətli  obyektlərində keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Naxçıvan “Günəş” Elektrik Stansiyasında yanğın təhlükəsizliyi tədbirlərinin müasir səviyyəyə qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri ilə avqust ayında müvafiq işlər görülüb.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR