16 Avqust 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Ana dili” abidəsinin qarşısında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə Mədəniyyət naziri Natəvan Qədimova açıb. Bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir.

Son illər muxtar respublikada Ali Məclis Sədrinin tapşırığı ilə nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub yaşadılması sahəsində həyata keçirilən çoxsaylı tədbirlərin tərkib hissəsidir.
Çıxışlardan sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında ana dilimizə həsr olunmuş şeirlər səsləndirilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR