15 Avqust 2020, Şənbə

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa növbəti dəfə missiya göndərib.

 “Perseverance” (İnadkarlıq) adı verilən aparat Florida ştatında Kanaveral kosmodromundan buraxılıb.

Aparat təxminən yeddi aylıq uçuşdan sonra, 2021-ci ilin fevralında Qırmızı planetə çatacaq.

“Perseverance” Marsın süxurlarını tədqiq etməklə, orada əvvəllər həyat əlamətlərinin olub-olmamasına cavab tapmağa çalışacaq. 

Qeyd edək ki, bu, son iki həftə ərzində Marsa yola salınan üçüncü missiyadır. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri tarixdə ilk kosmik aparatını Marsın orbitinə yollayıb. Daha sonra Çin Marsın səthinə eniş edəcək aparat yola salıb.

Hazırda isə Marsda NASA-nın "Curiosity" və "InSight" aparatları tədqiqatlar aparır.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR