04 Avqust 2020, Çərşənbə axşamı

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla bağlı heç bir çətinliyimiz yoxdur.