04 Avqust 2020, Çərşənbə axşamı

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Vaqif Dərgahlı  bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar. Mərmilər yaşayış binalarına düşüb.