04 Avqust 2020, Çərşənbə axşamı

Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ikisi pilot olmaqla yeddi polis əməkdaşı həlak olub.

 Daxili İşlər naziri Süleyman Soylu 2015-ci ildə istehsal olunan təyyarənin Vanın Ferit Melen hava limanından havaya qalxdığını bildirib. Təyyarənin Artos dağına çırpılaraq qəzaya uğradığı ehtimal edilir.

Hadisə ilə bağlı təhqiqat aparılır. 

AZƏRTAC