08 Avqust 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasında birləşmə və hissələrə sovqat aparılması artıq ənənə halını alıb. Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı olaraq bu dəfə kənd təsərrüfatı ilə məşğul olan sahibkar Elçin Qasımov tərəfindən hərbi hissəyə sovqat təqdim edilib.

Əsgərlərimizlə söhbət zamanı sahibkar Elçin Qasımov onlara çətin və şərəfli xidmətlərində mətin olmağı, Vətən qarşısındakı borclarını uğurla yerinə yetirməyi arzu edib.
Hərbi hissənin zabiti Cavanşir Hüseynov bildirib ki, xalqımızın hər zaman əsgərlərlə bir yerdə olması xalqla ordu arasındakı sıx birlikdən irəli gəlir. Bu birlikdən daha da ruhlanan şəxsi heyət istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hazırdır.
Emin Paşayev göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlıq edib.
Sonra gətirilən 2,5 ton çuğundur hərbi hissəyə təhvil verilib.

Kənan Cəlilov

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR